Xırdalan şəhər 9 saylı tam orta məktəbin qanunsuzluq tüğyan edir deyə redaksiyamıza etibarlı mənbələrdən məlumatlar verilməkdədir. Beləki, məlumatda qeyd edilir ki, 9 nömrəli məktəbin iki müavini qanunda nəzərdə tutulan dərs saatlarından artıq dərs deməklə ümumillikdə məktəbin müəllim kollektivinin maddi durumuna da mənfi təsir göstəriblər. Təhsil qanunlarına görə müavinlərə 9 saata qədər dərs demələrinə icazə verir. Lakin dərs saatlarından artıq illərdir dərs saatı götürən müavinlər vəzifə maaşlarından əlavədə saatları müəllimlərə deyil öz əllərində cəmləməkdədirlər. Bütün bunlara isə məktəbin direktoru Həcər İbrahimova şərait yaratmışdı.
Qanunvericiliyimizdə də qeyd olunduğu kimi, məktəb direktorunun başlıca vəzifələrindən biri məktəbdə sağlam psixoloji mühiti qurmaqdır. Direktorla məktəb kollektivi arasında olan müzakirələr öz konfidensiallığını qorumalıdır.
Qeyd edək ki, 03.08.2023-cü ildə mediada biabırçı səs yazısı paylaşıldı. Həmin səsyazılarında müavin müəllimləri təhqir etməsi açıq aydın bilinirdi. Lakin gəl görki himayədarlıq sayəsində həmin müəllimlik adına layiq olmayan davranış sərgiləyən müavin təhsildə saxlanıldı. Bildirməliyik ki, illərdir Nigar Səlimxanova və Kəmalə Cəfərova müavinlik etdikləri müddət ərzində həmdə qanunla nizamlanan saatdan artıq sinif aparmalarına məhs direktor tərəfindən göz yumulmuşdu. Odur ki, başları oyunlara qarışan 9 saylı məktəbin ibtidai sinif müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak etməkdən yayınma cəhdləridə az olmadı. İbtidai sinif müəllimləri ilə yanaşı bir çox fənn müəllimləridə sertifikasiyaya cəlb edildi. Bal toplaya bilməyənlərə ikinci şans verilməsinə baxmayaraq keçə bilməyənlər müəllim sayı az olmayıb. Lakin bu günə qədər həmin sertifikasiyadan keçə bilməyənlərin hansı əsaslarla məktəbdə işlədikləri müəmma olaraq qalır. Qeyd etdiyimiz biabırçı qalmaqaldan sonra direktorun sağ əli Kəmalə Cəfərova müavinlik vəzifəsindən uzaqlaşdırıldı. Lakin məktəbdə sertifikasiya ilə bağlı imtahanlarda iştirak etmiş müəllimlərin balları yenədə yoxlanmadı. Kəsilmiş olan şəxslər hansısa yollarla regional idarə ilə razılaşdırıldıqdan sonra müəllimlikdən uzaqlaşdırılmadılar. Bir müəllim özü keçdiyi fənn üzrə imtahanın verə bilmədiyi halda bizə hansı gənclik bəxş edə bilər axı. Maraqlıdı Həcər İbrahimova bu məktəbin hansı prespektivli yüksəlişindən nümunəvi olmasından söz açacaq?
Ən maraqlı məqamsa ölkədə ümumi keçirilmiş sertifikasiya üzrə xeyli sayda müəllimin fəaliyyətinə xitam verildiyi halda Kəmalə və Nigara hansı səbəbdən güzəşt olunması ilə bağlı heç bir açıqlama verilmədi. Buna səbəb nə idi?
Xırdalan şəhərində kimdən məktəblər ildə neçə dəfə necə yoxlandığın xəbər alsanız heç bir qaneedici cavab ala bilməzsiniz. Çünki, Yoxlama Regional İdarədən gəldikdə yalnız şikayət edilən müəllimi yoxlayır və müəssisədə şikayətin hansı səbəbdə yaranması və ya müəssisənin fəaliyyəti təftiş edilmir. Unutmadan qeyd edim ki, ümumi təftiş məktəbə yalnız direktor postuna və ya müavin postuna yeni adaxlı çıxdıqdan dərhal kimdəsə nöqsan aşkar etmək məqsədi ilə ciddi yoxlama aparıldığıda məlum məlumatlarda öz əksin tapır. Qeyd edək ki, maliyyə hesablamaları zamanı müəllimlərin sertifikasiyadan keçməmə səbəbi olmadığı üçün məvacibin verilməsi dayandırılmalı və şəxslərin fəaliyyəti araşdırılmalıdır. Abşeron Təhsil Sektoru məhs bu məsələlərdə məsul qurum hesab edilir. Lakin qeyd etdiyimiz hər hansı bir fakt araşdırılmaqla yuxarı qurumlara məlumatlar verilməyib. Buda onu deməyə əsas verir ki, RTS-nin qeyd edilənlərlə bağlı şəxsi maraqları üstün tutmasından irəli gələn bilərəkdən buraxılan nöqsanlardır. Nigar Səlimxanova həm müavin həm də müəllimlik fəaliyyəti ilə məşğul olması onunda müəllim fəliyyəti ilə bağlı sertifikasiyadan keçməsi zərurəti olduğunu deyir. Bəs Həcər xanım işçisinin buraxdığı bu nöqsanları gördüyü halda niyə tələblər irəli sürmür?
Həcər İbrahimova iki dəfə keçirilmiş Sertifikasiya imtahanlarından qəsdən keçməyənlərə göstərdiyi ayrıcalıqlar kollektivində gözündən yayınmayıb. Beləki əziyyətə özün verib özünün təkmilləşdirməyənlər yüksək dərs saatları ilə təmin edilir.
Lakin illərlə əziyyətlə yüksək bal toplayanlar haqların almadığından daha yüksək bal toplamağın faydası nə deyə düşünürdü. Bu gün isə həmin yüksək balı olanların dərslərini ala bilməyən az balı olanların qanına bulamağıda yaxşı öyrənib. Bir yerdən əlindən çıxan qazanc digər yerdən təmin edilir.
Qeyd edək ki, 9 saylı məktəbin maliyyə və ya digər yoxlamaların gələcəyini öncədən məlumatın alan Həcər İbrahimova heç zaman yoxlama ilə üzləşməyib. Hər dəfəsində blütenə çıxaraq yoxlamanın getməsi mütləq gözlədikdən sonra işə geri qayıdıb. İndi Rayon Təhsil Sektoruna sualımız var 6 ay davamiyyətli blütendə olan bir şəxsin işləməsinə necə göz yumursunuz. Axı bu dövlət sizə etibar edərək bu qurumu idarəçiliyin verib. Niyə dövlətdən aldığınız məvacibin qarşılığında fəaliyyət göstərmirsiniz?
Qarşı tərəfin mövqe bildirmə hüquqları tərəfimizdən qorunur.(BakuNews.az)
Aftv.az
Xırdalan 9 saylı tam orta məktəbdə hansı qanunsuzluqlar hökm sürür və dövlət büdcəsi necə talan edilir? ARAŞDIRMA
Araşdırma / Təhsil
28, mar, 2024
12:01
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30