Şəmkir sakinlərində narkotik aşkarlanıb

Araşdırma
27, mar, 2024 18:09

Şəmkir rayonunun sakinlərində narkotik aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinin və tabeli qurumların əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən 10 nəfər rayon sakini saxlanılıb. Saxlanılan hər bir şəxsin üzərinə, avtomobillərinə, yaşadıqları evlərə o cümlədən digər yerlərə axtarış aparılan zaman  müxtəlif çeşidli narkotik vasitələr aşkar edilərək götürülüb.
Aşkarlanan maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Aftv.az

Son xəbərlər