Nazirliyin "Dayı" ləqəbli yüksək vəzifəli şəxsi həbs olundu

Araşdırma
20, mar, 2024 11:10

Müdafiə Nazirliyinin daha bir yüksəkvəzifəli şəxsi həbs olunub.

Söhbət Quru Qoşunların mühasibi Əliyev Alı İsrayıl oğlundan gedir.

Belə ki, o, qulluqda olarkən digər vəzifəli şəxslərlə əlbir olaraq pul müqabilində hərbi qulluqçuların xidməti yerlərinin dəyişdirilməsini təşkil etməkdə və başqa cinayət əməllərini törətməkdə ittiham olunur.

Buna görə də Cinayət Məcəlləsinin 311-ci maddəsinin müxtəlif bəndləri ilə Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

Məlumat Hərbi Prokurorluqdan saytımıza təsdiq edilib.

Qeyd edək ki, Alı Əliyev nazirlikdə “Dayı” ləqəbi ilə tanınırdı.(“Qafqazinfo”)
Aftv.az

Son xəbərlər