Bakıda oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər tutuldular - VİDEO

Araşdırma / Video
19, mar, 2024 18:22

Bakının Xəzər rayonundan oğurladıqları avtomobili Ağcabədiyə aparan şəxslər saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək VAZ-2107 markalı avtomobilin qaçırıldığını bildirib. Şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Əyyar Əliyev, Elgiz Hacızadə və Rafiq Məmmədli saxlanılıblar. Saxlanılan şəxslər oğurladıqları avtomobili Ağcabədi rayonuna aparıblar. Onların məqsədi maşını ehtiyat hissələrinə ayırıb satmaq olub. Nəqliyyat vasitəsi rayon ərazisində sökülmüş vəziyyətdə tapılıb.
Faktla bağlı 2-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Aftv.az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30