Azərbaycanda partiyanın məsul şəxsi saxlanılıb

Araşdırma
19, mar, 2024 12:14

AXCP-nin (Azərbaycan Xalq Cəbhəsi Partiyası) Daşkəsən şöbəsi sədrinə narkotiklə bağlı cinayət işi açılıb.
AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin saxlanması ilə bağlı məlumatlar sosial şəbəklərdə yayılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Aftv.az-ın sorğusuna cavab olaraq bildirilib, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən S.Məmmədzadə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər