Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, martın 18-də Naxçıvan Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Tofiq Həsənov onlayn qaydada iştirak edib.
Məhkəmədə hakim Hüseyn Məmmədov tərəfindən şahidlər - Həsən Əhmədov, Daşqın Rəhimov, Vəli Ələsgərov, Rövşən Abdinov, Məhəmməd Həşimov, Şahin Mehdiyev, Namiq Əliyev və Ehtibar Hacıyevin ilkin istintaq zamanı verdikləri ifadələr elan olunub.
Şahidlərdən Həsən Əhmədov ifadəsində qeyd edib ki, Tofiq Həsənov çalışdığı müddətdə onun telefonu vasitəsilə bir neçə dəfə Naxçıvan MR Ali Məclisinin yüksək vəzifəli şəxsləri ilə danışıb. Eyni zamanda, T.Həsənov ona zəng edib və həmin vəzifəli şəxslərdən bəzilərinə çatacaq çantaların olduğunu deyib.
H.Əhmədov isə oraya gedərək çantaları götürüb. Naxçıvan Muxtar Respublikasının keçmiş ədliyyə naziri Daşqın Rəhimov ifadəsində Tofiq Həsənovun xidmət etdiyi müddətdə onun otağına gəldiyini, bağlamada 350 min manatı stolun üstünə qoyduğunu qeyd edib:
“Tofiq Həsənov deyib ki, gəlib pulu götürəcəklər”.
Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərov ifadəsində qeyd edib ki, həbs olunanda qarışıq rejimli cəzaçəkmə müəssisəsində Tofiq Həsənovun təyinatınadək rejim qaydalarına düzgün riayət olunurdu. Təyin olunduqdan sonra isə ona qarşı qayda-pozuntuları artıb və onunla əlaqədə olan hər kəs ciddi şəkildə yoxlanılıb.
V.Ələsgərov həmçinin ifadəsində bildirib ki, cəzaçəkmə müəssisəsində istilik sistemi ümumiyyətlə, işə salınmayıb, məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər. Elan olunan ifadələrdən sonra məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi aprelin 3-də davam etdiriləcək.
Qeyd edək ki, Tofiq Həsənov ötən il vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmədə və rüşvət almada şübhəli bilinərək saxlanılıb.
T. Həsənov barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən vəsatət Səbail Rayon Məhkəməsinə göndərilib.
Məhkəmə vəsatəti təmin edib və general-mayor barəsində həbs qətimkan tədbiri seçilib.
Aftv.az
“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”: Generalın istintaqı bitdi
Araşdırma
19, mar, 2024
04:37
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30