Paşinyan: Qarabağ bizim deyildi, bizim OLMAYIB

---
12, may, 2026 23:33

Qarabağ mövzusu ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib. Paşinyan bəzi dairələrin "torpaq itirmişik" iddialarına münasibət bildirərək həmin ərazilərin həqiqətən necə "özlərininki" hesab olunduğunu sual edib.


O, çıxışında bölgədə real həyatın və inkişafın olub-olmamasını qabardaraq məktəblərin, bağçaların, zavodların tikilmədiyini, insanların orada geniş şəkildə məskunlaşmadığını vurğulayıb. Paşinyan bu arqumentlərlə həmin ərazilərin "bizim olmayıb" fikrini səsləndirib:

"Deyirlər ki, biz torpaq (Qarabağ) itirmişik. Bu torpaq necə bizim idi? Zəhmət olmasa, izah edin, necə bizim idi? Ölənlərin arxasınca danışmaq istəmirəm, amma deyək ki, orada buğda əkən bir neçə generalın nəzarəti altında olan torpaq bizim sayılır? İzah edin də necə bizim ola bilər?
Biz orda məktəb tikdikmi, uşaq bağçası tikdikmi, zavod tikdikmi, orada yaşadıqmı, qəsəbə... necə bizim idi axı? O bizim deyildi. Bizim olmayıb".

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30