Hörmüz boğazı üzərindən normal gəmi hərəkətinin bərpası üçün bölgədə hərbi gərginlik tam dayandırılmalı, eyni zamanda İrana tətbiq olunan sanksiyalar və blokada aradan qaldırılmalıdır.
Əraqçi ABŞ və Bəhreynin hazırladığı sənədi birtərəfli yanaşma kimi qiymətləndirərək bildirib ki, layihədə regiondakı böhranın əsas səbəbi olan ABŞ və İsrailin hərbi addımlarına toxunulmur. Onun sözlərinə görə, sənəd İran gəmilərinə qarşı atılan addımları və bölgədə yaranmış gərginliyi nəzərə almadan Vaşinqtonun siyasətinə haqq qazandırmağa çalışır.