BƏƏ Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.
Nazirlik bildirib ki, ölkənin HHM sistemləri hazırda İrandan daxil olan hədəfləri aktiv şəkildə zərərsizləşdirir:
"Hazırda ölkənin HHM sistemləri İrandan gələn raket zərbələrini və pilotsuz uçuş aparatlarını aktiv şəkildə ələ keçirir. Ölkənin müxtəlif bölgələrində eşidilən partlayış səsləri ballistik və qanadlı raketlərə, eləcə də dronlara qarşı görülən əks-tədbirlərin nəticəsidir".