Vaşinqton ilin sonunadək Almaniyada bu tip raket sistemlərinin yerləşdirilməsini nəzərdə tuturdu. Lakin hərbi kontingentin azaldılması ilə bağlı müzakirələr bu planların icrasını çətinləşdirə bilər. Eyni zamanda Almaniyanın əlavə olaraq "Typhon" tipli buraxılış qurğularını da istədiyi bildirilir.
ABŞ ordusunun yüksək rütbəli rəsmilərinin Almaniyaya səfərləri fonunda bu məsələlərin gündəmdə olduğu qeyd edilir. 2025-ci ildə ABŞ və Almaniya arasında əldə olunan razılaşma çərçivəsində uzaqmənzilli zərbə imkanlarının Avropada gücləndirilməsi planlaşdırılırdı.