ABŞ tərəfini təmsil edən Cared Kuşner və Stiven Uitkoff əvvəlcə Pakistan nümayəndələri ilə ayrıca görüşlər keçirəcəklər. Daha sonra isə onların İranın xarici işlər naziri Abbas Əraqçı ilə bir araya gəlməsi ehtimal olunur.
Qeyd edilir ki, Abbas Əraqçı aprelin 24-25-də Pakistan rəsmiləri ilə danışıqlar aparacaq. Bu müzakirələrin əsas məqsədi ABŞ və İran arasında əlaqələrin yenidən qurulması imkanlarını dəyərləndirməkdir.