Salim Dola yaşadığı ünvanda aparılan əməliyyat zamanı saxlanılıb. Ünvanda aparılan axtarışlarda 126 kiloqram 141 qram mefedron və 2 milyon 522 min Hindistan rupisi (təxminən 51 min manat) ələ keçirilib.
Saxlanılan şübhəlinin polis bölməsindəki prosedurları tamamlandıqdan sonra deportasiya olunacaq.
Qeyd edək ki, Hindistanın Mumbay şəhərinə bağlı Kurla rayonunda keçirilən əməliyyatlar zamanı saxlanılan şübhəlilər narkotiklərlə bağlı məhz Salim Doladan göstərişlər aldıqlarını etiraf ediblər.