ABŞ Prezidenti Donald Trump BBC-yə müsahibəsində bildirib ki, müttəfiqlərə edilən müraciətlər daha çox NATO çərçivəsində tərəfdaşların nə qədər etibarlı olduğunu yoxlamaq məqsədi daşıyıb.
Tramp vurğulayıb ki, ABŞ bu əməliyyatları təkbaşına həyata keçirə biləcək gücdə olub və əlavə köməyə ehtiyac duymayıb. O iddia edib ki, İranın hərbi imkanlarına ciddi zərbə vurulub və bu prosesdə başqa ölkələrin iştirakı həlledici olmayıb.
ABŞ lideri həmçinin qeyd edib ki, müttəfiqlərə edilən çağırış yardım istəməkdən çox bir növ "test" xarakteri daşıyıb.