Bu barədə BBC-nin materialında bildirilir.
Ölkənin yeni Ali rəhbəri Müctəba Xamenei bütün strateji məsələlərdə son sözü deyən şəxsdir. Amma martın əvvəlində Ekspertlər Şurası tərəfindən təyin olunandan bəri ictimaiyyət qarşısına çıxmayıb, yeni video və ya fotoşəkilləri yoxdur.
Ortada görünməməsinə baxmayaraq, İranın yüksək vəzifəli rəsmiləri ABŞ ilə danışıqlar üzrə nümayəndə heyəti birbaşa Müctəba Xameneinin göstərişləri altında işlədiyini iddia edir.