İrana qarşı hərbi əməliyyat getdikcə daha aydın şəkildə Vaşinqtonun Yaxın Şərqdə apardığı növbəti kampaniyadan daha artıq bir məna kəsb edir - bu, tarixi bir sərhəddir. Dünya siyasətində Amerika dominantlığı sona yaxınlaşır. ABŞ-nin nisbi zəifləmə dövründə Trampın başladığı bu iflasa məhkum müharibə, ehtimal ki, tarixdə növbəti geopolitik toqquşmanın adi bir epizodu kimi yox, Amerikanın bölünməz hökmranlığı erasının son pərdəsi kimi qalacaq.
Deyirlər, bir dəfə hökmdar Nişapurdan olan attara - XII əsrin fars sufi şairinə və ilahiyyatçısına - elə söz deməyi əmr edir ki, sevinən kədərlənsin, kədərli olan isə ruhlansın. Attar sadə cavab verir: "Bu da kecib gedəcək". Tarixçi və ya analitik üçün bu ifadədə, təbii ki, konkretlik azdır. Ancaq faniliyin düsturu kimi o, qüsursuzdur. Amma İranla iflasa aparan bu müharibə - nisbi qüdrətini itirdiyi anda imperiyanın başladığı, üstəlik düşüncəsiz bir protektoratın yedəyinə çevrilmiş bir imperiyanın müharibəsi, ilk gündəcə təxminən 160 məktəbli qızın həyatına son qoyan bu savaş - tarixdə hərbi bülletenlər silsiləsi kimi yox, Amerikanın şəriksiz hökmranlığı erasının sonunun simvolu kimi qalacaq.