Məlumata görə, 2024-cü ildə ailə quran və 2025-ci ilin oktyabrında qızları Soranı dünyaya gətirən cütlük qısa müddət əvvəl qarşılıqlı razılıq əsasında boşanıb. Məhkəmə qərarı ilə 6 aylıq körpənin himayəsi anaya verilib.
Boşanma razılaşmasına əsasən, İrem Helvacıoğlu keçmiş həyat yoldaşından aliment və ya təzminat tələb etməmək şərti ilə qızına öz soyadını vermək hüququ əldə edib. Bildirilir ki, Ural Kaspar da bu şərti qəbul edib.