Nazirliyin açıqlamasında bildirilib ki, hadisə zamanı sərnişinlərin və heyətin qorxudulması baş verib və bu addım beynəlxalq hüquqa zidd "qeyri-qanuni və cinayət xarakterli" hərəkət kimi dəyərləndirilib. Tehran ABŞ-dan gəminin və göyərtəsində olan şəxslərin dərhal azad edilməsini tələb edib.
İran tərəfi həmçinin xəbərdarlıq edib ki, bu cür addımlar regionda gərginliyi artırır və nəticələrinə görə məsuliyyət Vaşinqtonun üzərinə düşür.