27 milyard dollara yeni şəhər salınır

---
19, apr, 2026 16:32

"The Spine" (Onurğa) adlanan layihə 2 milyon kvadratmetrdən çox ərazini əhatə edəcək.


Layihə çərçivəsində 165 yaşayış, biznes və kommersiya təyinatlı göydələnin inşası nəzərdə tutulur. Şirkət rəhbəri Hişam Talaat Mustafanın sözlərinə görə, tikintinin dəqiq müddəti hələ müəyyən edilməsə də, layihənin 155 mindən çox iş yeri yaradacağı və hər il on milyonlarla ziyarətçini cəlb edəcəyi gözlənilir.

Bu təşəbbüs Misirdə Fars körfəzi ölkələrinin investisiyaları hesabına maliyyələşən irimiqyaslı layihələrin davamıdır. Bundan əvvəl sözügedən şirkət BƏƏ-nin 35 milyard dollar sərmayə qoyduğu "Ras-əl-Hekma" kurortunun inkişafında da iştirak edib.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30