1970-ci ildə start verilən layihə çərçivəsində alimlər 12,262 metr dərinliyə qədər enməyi bacarıb.
Lakin araşdırmaların dayandırılmasının arxasında qorxulu iddialar yox, real səbəblər dayanır.
Belə ki, qazıntılar zamanı temperatur gözləniləndən xeyli yüksək - təxminən 180 dərəcəyə çatıb. Bu isə istifadə olunan texnikanın işləməsini çətinləşdirib, hətta bəzi hallarda avadanlıqlar yararsız hala düşüb.
Digər tərəfdən, dərinlik artdıqca yer qatlarının stabilliyi pozulub, quyu tez-tez çökmə riski ilə üzləşib. Bu da qazma prosesini daha da mürəkkəbləşdirib.