14 yaşlı İsa Aras Mersinli Onikişubat rayonundakı Ayser Çalık Orta Məktəbinə silahlı hücum təşkil edib.
Hücum nəticəsində 8 şagird və 1 müəllim olmaqla ümumilikdə 9 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.
8-ci sinif şagirdi olan İsa Aras məktəbə atasının olduğu təxmin edilən 5 silah və 7 dolu daraqla gəlib.
O, xüsusilə 5-ci sinif şagirdlərinin olduğu iki sinif otağına daxil olaraq hədəf seçmədən atəş açıb. Hadisənin sonunda gənc hücumçu intihar edib.