Anuş Gürcüstanın Cavaxetiya bölgəsinin Axalkələk rayonunun Zakvi kəndində doğulub böyüdüyünü bildirib. O, hazırda Tbilisi Dövlət Universitetində ingilis dilində ali təhsil aldığını qeyd edib.
"Uşaqlıqdan nənəm və babamdan köklərimiz haqqında çox şey eşitmişəm. Ata tərəfdən ailəmiz Ərzurumun Kampir kəndindən, ana tərəfdən isə Ərdahanın Vel kəndindən köçüb", - deyə Anuş Ağabalayan qeyd edib.