Dobryanka şəhərində yerləşən 5 nömrəli məktəbdə rus dili və ədəbiyyatı müəllimi, direktor müavini Olesya Baquta yeniyetmənin hücumuna məruz qalıb.
Hadisə məktəbin girişinə yaxın ərazidə baş verib. Belə ki, məktəbin 9-cu sinif şagirdi müəllimə bıçaqla hücum edib. Yaralı müəllim xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.