Reuters agentliyi mənbələrə istinadən bildirir ki, İslamabad tərəfindən hazırlanan plan tərəflər arasında artıq müzakirəyə təqdim olunub.
Məlumata əsasən, sənədin ilk mərhələsi hərbi əməliyyatların dərhal dayandırılmasını və atəşkəsin elan olunmasını nəzərdə tutur. Bununla yanaşı, strateji əhəmiyyətə malik Hörmüz boğazının yenidən açılması da əsas şərtlərdən biri kimi irəli sürülüb.
İkinci mərhələdə isə tərəflər arasında genişmiqyaslı sülh razılaşmasının əldə olunması və münaqişənin tam başa çatdırılması planlaşdırılır. Mənbələrin sözlərinə görə, bu prosesin 15-20 gün ərzində yekunlaşacağı gözlənilir.