“Fənərbağça”da Asensio şoku

---
6, apr, 2026 12:00

İstanbul klubunun futbolçusu Marko Asensio zədə səbəbindən sıradan çıxıb. Yarımmüdafiəçi ötən gün Beşiktaş ilə keçirilən derbi matçında (1:0) dizindən xəsarət alıb.


Məlumata görə, ispan oyunçu Superliqanın XXIX turu çərçivəsində Kayserispora qarşı səfər qarşılaşmasında komandasına kömək edə bilməyəcək. Həmin görüş aprelin 11-də baş tutacaq.

Qeyd edək ki, hazırda "Fənərbağça" 63 xalla turnir cədvəlində ikinci pillədə yer alır.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30