Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşdə deyib.
"Ukrayna ilə Rusiya arasındakı danışıqlara Türkiyənin dəstəyi davam edəcək, regionda sülh və sabitliyə ehtiyac var", - Türkiyə Prezidenti bildirib.
Ərdoğan Türkiyənin Qara dənizdə naviqasiya təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini və enerji təchizatı təhlükəsizliyinin mühüm olduğunu diqqətə çatdırıb.