İran pilotsuz uçuş aparatının zərbəsindən sonra Əl-Əhmədi limanı yaxınlığında yerləşən neft emalı zavodunun ərazisində bir neçə yanğın ocağı yaranıb. Bu barədə Kuwait Petroleum Corporation məlumat verib.
"Əl-Əhmədi limanının yaxınlığında yerləşən neft emalı zavodu bu gün səhər pilotsuz aparatın birbaşa hücumuna məruz qalıb. Nəticədə bir neçə yanğın ocağı yaranıb və hazırda yanğınsöndürmə qrupları onların lokallaşdırılması üzərində işləyir", - deyə məlumatda bildirilir. Xəbər Kuwait News Agency tərəfindən yayılıb. Şirkətdən əlavə olunub ki, mövcud məlumatlara görə, yanğın nəticəsində xəsarət alan yoxdur.