Türkiyəni silkələyən xəyanət: Harmuşu təhvil verən şəxs ələ keçdi

---
31, mar, 2026 09:02

12 ildir axtarışda olan Sığırcıkoğlu uzun müddət gizli şəkildə fəaliyyət göstərib və onun hərəkətləri xüsusi nəzarətdə saxlanılıb. Əldə edilən kəşfiyyat məlumatları əsasında keçirilən əməliyyat nəticəsində onun sərhəd bölgəsində olduğu müəyyənləşdirilib və saxlanılması təmin olunub.


Qeyd edək ki, Öndər Sığırcıkoğlunun adı 2011-ci ildə Azad Suriya Ordusunun qurucu komandirlərindən olan polkovnik Hüseyn Harmuşun Türkiyədən qaçırılaraq Əsəd rejiminə təhvil verilməsi hadisəsində hallanırdı. Bu hadisə uzun müddət Türkiyə ictimaiyyətində ciddi rezonans doğurmuşdu və "daxildən xəyanət" kimi qiymətləndirilirdi.

Hazırda faktla bağlı araşdırmalar davam edir və rəsmi qurumların əlavə açıqlama verəcəyi gözlənilir.

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026 10:00