Sorğu "Remitl" tərəfindən keçirilib və 26 ölkədən 4697 nəfər iştirak edib. Respondentlərdən ən mehriban insanlara sahib ölkəni seçmək istənilib. Ölkələr verilən səslərin payına görə sıralanıb.
Sorğuda iştirak edənlərin 35,15 faizi Yaponiyanı seçib. İkinci yeri 13,35 faizlə Kanada, üçüncü yeri isə 6,23 faizlə Böyük Britaniya tutub.
İlk onluğa həmçinin Çin, Almaniya, Filippinlər, İsveç, Danimarka, Finlandiya və Cənubi Afrika Respublikası daxil olub.
Ümumi rəyə görə isə ən nəzakətsiz ölkə Avstriya hesab olunub: bu ölkə bir faiz belə səs toplaya bilməyib.