Balıqçının sözlərinə görə, ovu tutmaq üçün onun 5 saat vaxtı gedib və nəticədə əldə etdiyi balıqla şəhər sakinlərini qonaq edib.
Nəhəng balıq oğlunun məktəbi bitirməsi münasibətilə ailə ilə birlikdə kirayə götürülmüş qayıqla dənizə çıxarkən aşkar edilib. Onu tutmaq üçün mübarizə təxminən beş saat çəkib. Daha sonra isə balığı tam nəzarətə götürmək və qayıqa qaldırmaq üçün əlavə olaraq təxminən 30 dəqiqə vaxt lazım olub.
Balığın ölçüsü çox böyük olduğuna görə onu dəsmallarla bərkitmək və qismən qayıqda parçalamaq məcburiyyəti yaranıb.