Modelin qəbrini yardılar- Ölkəni şoka salan CİNAYƏT

---
31, mar, 2026 08:54

İtaliyada qəbirin təhqir olunması ilə bağlı şok hadisə baş verib. Naməlum şəxslər 29 yaşlı model Pamela Cenininin başını oğurlayıblar. O, 2025-ci ilin oktyabrında keçmiş sevgilisi tərəfindən öldürülüb.


Faciəli ölümündən sonra qızın cəsədi ailə məqbərəsinin tikintisi başa çatana qədər Strozza qəbiristanlığında müvəqqəti tabutda saxlanılıb.

Martın 23-də yaxınları dəfn mərasiminə hazırlaşaraq qalıqları başqa yerə köçürmək qərarına gəlib. Lakin hazırlıq işləri ilə məşğul olan işçilər şübhəli vəziyyəti aşkar ediblər: tabutun qapağı düzgün yerləşdirilməyib və qaydaya uyğun olaraq taxta mastika ilə deyil, silikonla bərkidilib.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30