Bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Bildirilir ki, bu gün cinayət işi ilə bağlı iki şübhəli şəxs saxlanılıb.
Hadisə şənbə günü saat 3:30 radələrində La Boeti küçəsində, "Bank of America"nın binası qarşısında baş verib. Polislər əldəqayırma partlayıcı qurğu yerləşdirən şəxsi həbs ediblər. Onu müşayiət edən digər şəxs isə hadisə yerindən qaçmağa müvəffəq olub.