Antarktidada sensasion kəşf: İki milyon illik buz izinə rast gəlindi

---
29, mar, 2026 20:55

Bu barədə məlumatı TASS-a Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun rəhbəri Aleksandr Makarov verib.


Onun sözlərinə görə, Vostok stansiyası ərazisində artıq yaşı bir milyon ildən çox olan buz nümunələri çıxarılıb. Bu tapıntılar planetimizin iqlim keçmişi haqqında mühüm məlumatlar ehtiva edir. Mütəxəssislərin fikrincə, stansiyadan 300 kilometr məsafədə yerləşən və "B günbəzi" adlandırılan ərazidə 1.5-2 milyon illik daha qədim buzların olması ehtimal edilir. Həmin nümunələr qədim dövrlərdə iqlimin necə dəyişdiyini araşdırmağa imkan verəcək.

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30