Bu barədə məlumat "Platinumlist" şirkətinin rəsmi internet səhifəsində yerləşdirilib.
"Doha ilk dəfə olaraq tarixi bir hadisəyə ev sahibliyi edəcək. Şakiranın dünya turnesi çərçivəsində konsert çərşənbə günü, 18 noyabr tarixində keçiriləcək", - deyə məlumatda qeyd olunub.
Bundan əvvəl bildirilmişdi ki, Yaxın Şərq regionunda gərginliyin artması səbəbindən aprelin 1-də keçirilməsi planlaşdırılan tədbir başqa tarixə dəyişdirilib.