Messi DÇ-2026-da oynayacaq? - Baş məşqçidən AÇIQLAMA

---
28, mar, 2026 13:27

Təcrübəli mütəxəssis həlledici qərarın məhz 38 yaşlı ulduz hücumçunun özünə məxsus olduğunu vurğulayıb:


"Bu, daha çox ona ünvanlanmalı olan sualdır. Mənim mövqeyim hər kəsə bəllidir. Messinin DÇ-2026-da iştirakını təmin etmək üçün əlimdən gələn hər şeyi edəcəyəm. Lakin yekun qərar onun əhval-ruhiyyəsindən və fiziki durumundan asılı olacaq. Onu bu möhtəşəm turnirdə izləmək təkcə argentinalıların deyil, bütün dünya futbolsevərlərinin arzusudur. Lakin Messi bu qərarı sakit şəraitdə vermək haqqını çoxdan qazanıb. Biz qətiyyən tələsmirik. Onun verəcəyi hər bir qərar həm komandamız, həm də özü üçün ən xeyirlisi olacaq. Böyük ümidlərlə Messinin "hə" deyəcəyini gözləyirik".

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30