Kosovonun baş naziri Albin Kurti futbolçular üçün böyük motivasiya mənbəyi olacaq bir addım atıb.
O, milli komandanın dünya çempionatına vəsiqə əldə edəcəyi təqdirdə, oyunçu və məşqçi heyətinə ümumilikdə 1 milyon avro məbləğində mükafat ödəniləcəyini bəyan edib.
Xatırladaq ki, final qarşılaşması martın 31-də Priştinada keçiriləcək. Bu matçın qalibi DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanacaq.