Mourinyo mətbuat konfransına gecikdiyi üçün üzr istəyib: "Bağışlayın, kabab çox gözəl idi"

İdman
20, yan, 2025 18:03

"Adana Dəmirspor"u 4:0 hesabı ilə məğlub edən "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo oyunsonrası mətbuat konfransına gecikdiyi üçün üzr istəyib.
Aftv.Az "HaberGlobal"a istinadən xəbər verir ki, Türkiyə Superliqasının 20-ci turunda "Adana Dəmirspor"u 4:0 hesabı ilə məğlub edən "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyonun mətbuat konfransı qeyri-adi olub.
Görüşə gecikən Mourinyo "Gecikdiyim üçün bağışlayın. Yeməklər çox gözəl idi. Kabab çox gözəl idi", - deyərək görüşə fərqli şəkildə başlayıb.


Son xəbərlər

Ət alarkən diqqətli olun!
9, fev, 2025 09:00