Emin Əmrullayev Zaqatala məktəbinə direktor təyin edə bilmirsiniz? – Əvəzedicilərin yaratdığı problem artıq pik nöqtədədir!

Araşdırma / Bölgə / Təhsil
18, mar, 2024 12:24

Zaqatala təhsilində yayılan biabırçılıq artıq təhsilin hansı mərtəbəyə gəlib çıxdığından xəbər verir. Məsələ ilə bağlı redaksiyamıza daxil olan məlumata görə, direktoru əvəz edən Məmmədova Fərəh təhsil ocağına icraçı obyekt olaraq qəbul edib. Onun bitib tükənməyən tələbləri həm müəssisənin müəllimlərini həm də valideynlərini narahat edir. Zaqatala şəhər Şıxəli Qurbanov adına 3 nömrəli məkəbin 6a sinif rəhbəri Məmmədova Günel Yafəz qızının səs yazısı ilə təsdiqin tapan qanunsuz pul yığımları məsələsinə aydınlıq gəlib. Belə ki, məktəbə müvvəqəti rəhbərlik edən direktor əvəzi Məmmədova Fərah Zaqatala rayon icra başçısının qohumu olduğu məlum olub. Beləki əslən Qaxdan olan və icra başçısı Mübariz Əhmədzadənin qohumu olduğu deyilən xanım direktor əvəzi məktəbdə sanki rüşvət burulğanı yaradıb. Hər ay müəllimlərdən və şagirdlərdən minbir oyunla pul yığımı aparır. Hətta dərs saatlarının belə pul qarşılığında verildiyi iddia edilən məkdəbdə dözülməz hal yaranıb. Redaksiyamıza müraciət edən şəxsin anonimliyinin qarunmasının tərəfimizdən təmin edildiyinin şərti veriləcəkdir. A.Heydərov qeyd edib ki, 27.02.2024-cü ildə məktəbə direktor əvəzi təyin edilən Fərah Məmmədova “ağanəzərəm belə gəzərəm” deyərək rayonda nə təhsil sektor müdürün sayır nə də Şəki Regional Təhsil İdarəsinin rəhbərin. Qohumu rayonun icra başçısı olduğu üçün ona kimin hansı vəzifədə oturmasının fərq etmədiyidə aşikardı. Zaqatalada bu iddiada olan təhsil işçiləri və valideynlər “Görünən dağa nə bələdçi” deyə bildirir.



F.Məmmədovanın tapşırığı ilə bayram tədbirləri adı altında, Novruz şənliyi ilə əlaqədar yığılan pullar hansı qanuna əsaslanır?

[media=https://youtube.com/shorts/m9_EbrglWHE?si=1EwKuj7BFcVbVFub]



İddianın sübutu şagirdin birinə görə 2 manat pul yığılma tələbi ilə axşam saatlarında səsli olaraq valideynlərə göndərilib. Həmin səsyazısında da etiraf edilir ki, bayramla əlaqədar valideynlərdən bayram payı alan Günel müəllimə əlavə olaraq direktorun tələbi əsasında əlli şagirdin yığacağı 100 manatdır. Bir tərəfdən valideynlərdən maddi dəstək olunması xahişdə etməyi unutmayan müəllimə çəkiliş, DJ, və ağac əkmə kompaniyası üçün pulların yığıldığın qeyd edir. Bu yığım isə tək Günel müəllimənin iki sinifinə aid deyil ümumi məktəbin şagirdlərinin hər birindən yığılması tapşırılıb. Fakt budur ki sinif rəhbəri olan Günel Müəllimə bu qanunsuz tapşırığı icra etməsi subuta yetirilib.
Qeyd edək ki, Şəki regional təhsil idarəsinin tələbinə boyun əyməyən direktor işindən azad olundu.

https://youtube.com/shorts/m9_EbrglWHE?si=1EwKuj7BFcVbVFub
Onun yerinə Zaqatala rayon icra başcısının qohumu Fərah Məmmədova rəhbərlik edir. Vəzifəyə gəldiyi gündən etibariylə qanunsuz olaraq pul tələbləri məktəb ehtiyacları fikirlərin ortaya ataraq minbir oyunla pul yığır ama yığdığı pullarla nə məktəb ehtiyacları nədə şagirdlərin ehtiyacların təmin edilmir. Qanunsuz pul yığımı aparan Fərah Məmmədova qanunsuz iş gördüyün bildiyi halda bu əməllərinə hələdə davam etməkdədir. Nə dövlətdən çəkinir nədə şərəfli peşəsi olan müəllimlikdən əməllərinə davam edərkən müxtəlif səbəblərə bəhanələrə əl atır. 10-20 ağac məktəbin həyətinə əkiləcək adı ilə pul yığmaq fikrindədir yəni bu direktor pul yığmaq üçün hər bəhanəyə əl atır və nədənsə bunu edərkən arxalandığı icra başcısı olan qohumundan çəkinmir. Təhsil Nazirliyi hara baxır qanunsuz məktəbdə pul dövriyyəsi getdiyi halda hər kəs sakit bir yerdə dayanır və bunu direktor bir-iki sinifə yox məhs bütün məktəbə tədbiq edir. Bu əməllərinə hələdə davam etməkdədir. Məktəbin sinif rəhbəri Günel Məmmədova yəni direktor Fərah Məmmədovanın əl altısı olan sinif rəhbəri valideynlərin və şagirdlərin olduğu qrupa səs ataraq Fərah Məmmədovanın tələbi ilə valideynlərdən pul istəyir və bunu gülə-gülə dilə gətirməsi ən əsasi DJ cağıracaqları halda valideynlərdən 2 manatdan əlavə dj ödəniş etməyə pulda tələb etməkdədir və ən əsası bir məsələyədə toxunmaq istəyirik ki səs yazısında dj pulun tələb edərkən məni bayrama görə təbrik etmisiniz deyir səs yazısından da anlaşıldığı kimi bayramlar məktəb ehtiyacları agac aksiyası adıyla televiziyaya cıxacağıq deyərək valideynlər aldadılır pul yığılır burdanda anlaşıldığı kimi adi bir məsələ belə onun pul yığmağına səbəbdir və bunu edərkən heçnədən və heckimdən çəkinmir şəkilədə diqqət yetirildikdə görülürki müəllim ola bilib ama vətəndaş ola bilməyib milli dəyərlərimizə bizim rəmzimiz olan bayrağa belə hörmət etmir onu adi bir parça olaraq görür və hörmətsizlik edərək pəncərə kənarına bükülmüş halda qoyur. Dövlət rəmzimizə bu qədər hörmətsizlik edən bir müəllimə hələdə vəzifəsinə davam etməkdədir. O bayrağın pəncərənin açılmasına dəstək kimi istifadə etmək əvəzinə məktəb daxilində sinif və ya xollarda asmaq da mümkündür. Məktəbin istənilən yerində asaraq şagirdlərə daim bir müəllimə kimi milli dəyərlərimizi aşılaya bilərdi. Lakin görünən odur ki şəxsin öz daxilində Vətənə bayrağa sevgi miqdarında ciddi problemləri olduğundan bu bayrağa əşya kimi yanaşmaqa üstünlük verir.
Məsələ diqqətimizdədir. Yazıda adları keçən şəxslərin mövqeyn dinləməyə hazırıq.
Aftv.az

Son xəbərlər