Nərimanov 21 saylı notariat kontorun sahibi Daxil Kərimov ittiham olunur

Gündəm
15, mar, 2024 00:25


Biz təkrar-təkrar yazmağa məcburuq ki, ölkənin məhkəmə-hüquq sistemini xüsusi və dövlət notariuslarının fəaliyyəti olmadan təsəvvür etmək mümkün deyil.

Çünki məhkəmələr öz qərarlarında notarius tərəfindən iddiaçı tərəflərə verilmiş sənədlər əsasında qərar çıxarırlar. Bu gün sorğu keçirsək, vətəndaşların əksəriyyəti bilmir ki, notariusun işi, funksiyası nədir..?
Ona görə də, cəmiyyətin ciddi hüquqi maarifçiliyə ehtiyacı var. Məhz buna görə də məcbur olub, təkrar-təkrar notariusların funksiyalarını qısaca yazırıq:
Əqdləri və Etibarnamələri təsdiq edir; Miras əmlakın mühafizə olunması üçün tədbirlər görür; Vərəsəlik hüququ haqqında şəhadətnamələr verir; Ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir; Yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir; Sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir; Sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir; Sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir; Şəxsin sağ olması faktını təsdiq edir; Şəxsin müəyyən yerdə olması faktının təsdiq edir; Şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir; Sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir; Fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir; Öhdəliyin icra predmetini saxlanmağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir; İcra qeydlərini aparır; Veksellərə protestləri tərtib edir; Çeklərin ödənilmək üçün təqdim edilməsi və çeklərin ödənilmədiyini təsdiq edir; Sənədləri saxlanmaq üçün qəbul edir; Dəniz protestlərini tərtib edir; Sübutları təmin edir.
Yəni bu boyda səlahiyyət verilmiş notariuslar artıq böyük cinayət əməllərinin ortağına çevriliblər. Belə notariuslardan biri də Nərimanovdakı 21 SAYLI NOTARİAT KONTORU-dur. Xüsusi notarius: Kərimov Daxil Fazil oğludur. Telefon: (012) 567-60-20; Ünvan: Nərimanov rayonu, Təbriz küçəsi 227d. Məlumat üçün qeyd edək ki, Kərimov Daxil Fazil oğlu Şirvan şəhərində yerləşən Dövlət notariusunun sabiq müdiri olub və bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlu isə onun köməkçisi işləyib.
Daxil Kərimov Nərimanov 21 saylı notariusa müdir gələrkən bacısı oğlu Şirvanov Əlixan Fətulla oğlunu Şirvan notariusa müdir təyin etdirib. Sanki notariuslar bunlar üçün ailə şirkətidir. Deməli, Daxil Kərimov cinayət yolu ilə qazandığı pulların hesabına Bakıda, Hacıqabulda mülklərə, Cəlilabadda torpaq sahələrinə sahib olub. İndi isə Daxil Kərimov uzun illər saxta notarius fəaliyyəti ilə vətəndaşlardan yığdığı pulların hesabına məhkəmə hakimi olmaq istəyir. Və deyir ki, hakimlərin nəyi məndən artıqdır..?
Bütün bunlar azmış kimi Daxil Kərimov həm də maklerlik edir, kimlərisə işə düzəldir, kimlərəsə vəzifə, söz verir, hakim işləyən dostu Qurbanın əli ilə kimlərisə həbs etdirir, kimlərisə həbsdən azad etdirir…
Sözün qısası, Daxil Kərimov yanına gələnlərə cır səslə “Nəyin var? Nə verə bilərsən” deməkdən başqa söz bilmir… Bir sözlə, Daxil Kərimov üçün saxta etibarnamələr vermək, saxta alqı-satqı müqavilələri tərtib etmək, saxta imzaları təsdiq etmək adi işə, normaya çevrilib. Yəni vətəndaşların hüquqlarını qorumalı olan Daxil Kərimov kimi notaruslar cinayətkar şəbəkə yaradıblar. Təsəvvür edirsiniz, Daxil Kərimov 2 uşaq anasının adına saxta etibarnamə ilə 50 min kredit götürüb bölüşdürərək gənc ailəni evsiz qoyur.
Beləsi haqqında deyirlər ki, EVİN BAŞINA UÇSUN... Təsəvvür edirsiniz, məhkəmədə işə baxan hakim 4-cü dəfə notarius Daxil Kərimovu məhkəməyə dəvət edir ki, izahat versin. Amma Daxil Kərimov hətta məhkəməni sayıb prosesə gəlmir.
Gör bu insan nə dərəcədə həddini aşıb ki, hər yerdə də deyir ki, mən Daxiləm heç kimdən çəkinmirəm… Bəs görəsən, Ədliyyə Nazirliyi Daxil Kərimov haqqında nə düşünür?
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Aftv.az

Son xəbərlər